ملانصرالدین (Molla Nsrddin)

ساخت وبلاگ
Çoxəsrlik Azərbaycan ədəbiyyatı qədim dövr və orta əsrlərdə romantik istiqamətdə inkişaf etmiş, dünya ədəbiyyatına görkəmli ədəbi simalar və ölməz şedevrlər bəxş etmişdir. XVIII əsrdən etibarən Azərbaycan ədəbiyyatında realist meyillər qüvvətlənməyə başlamış, XIX əsrdə daha da inkişaf etmişdir. Xüsusən Mirzə Fətəli Axundzadənin çoxcəhətli fəaliyyəti sayəsində Azərbaycanda maarifçilik ideyadan hərəkat səviyyəsinə qaldırılmış, maarifçi realizm ədəbi cərəyanı formalaşdırılmışdır.XX əsrin əvvəllərində isə Azərbaycan ədəbiyyatında tamamilə fərqli bir mərhələ başlanmışdır. Tənqidi realizm və mollanəsrəddinçilik adlanan bu yeni ədəbi tarixi mərhələnin qüdrətli yaradıcısı görkəmli Azərbaycan yazıçısı Mirzə Cəlil Məmmədquluzadədir.Azərbaycan ədəbiyyatında böyük demokrat yazıçı və ictimai xadim kimi şöhrət qazanmış Cəlil Məmmədquluzadə (1869-1932) XIX əsrin ikinci yarısından sonra canlanmağa başlayan maarifçilik ənənələri və dövrün mühüm elm və maarif mərkəzlərindən olan məşhur Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası zəminində yetişib formalaşmışdır. Onun formalaşmasında və mənəvi təkamülündə Naxçıvan məktəblərində keçdiyi çətin və şərəfli yol, eyni zamanda, əsas yaradıcılarından biri olduğu Naxçıvan teatrı da xüsusi rol oynamışdır.Beləliklə, Cəlil Məmmədquluzadə hələ cavan yaşlarından etibarən mənsub olduğu ölkə və Şərq, Rusiya və Qərb mədəniyyətləri və ədəbiyyatları, dövrün maarifçi ideyaları və ictimai fikri ilə dərindən tanış olmuş yazıçı və vətəndaş kimi öz yolunu müəyyənləşdir ملانصرالدین (Molla Nsrddin)...
ما را در سایت ملانصرالدین (Molla Nsrddin) دنبال می کنید

برچسب : نویسنده : mollanesreddino بازدید : 139 تاريخ : دوشنبه 2 اسفند 1400 ساعت: 15:23

Ədəbiyyat və mətbuatımızın sönməz istiqlal günəşi“Vətən, Vətən, Vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər üçün nicat yolu yoxdur!”Görkəmli demokrat ədib, tanınmış yazıçı-publisist Cəlil Məmmədquluzadə (1869-1932) bütün şüurlu həyatı və yaradıcılığı boyu sadiq qaldığı bu müqəddəs məramı ilə milli ziyalılıq mücəssəməsinə çevrilmiş, əbədiyaşarlıq zirvəsinə yüksəlmişdir. O, milli-mənəvi xəzinəmizdə mütərəqqi ideyalar carçısı, ictimai fikrin bayraqdarı, bədii ədəbiyyatımızda və publisistikamızda Azərbaycançılıq ideologiyasının yaradıcılarından biri kimi yaşayır.“Kiçik hekayənin böyük ustadı”, tənqidi-realist nəsrin banisi olan məşhur ədibin adının ədəbiyyat tariximizdə əbədiləşməsi üçün təkcə onun sadə mətləblərlə dərin mənalar ifadə edən, bu gün də bədii nəsrimizin şedevr nümunələrindən sayılan hekayələri belə, yetərli idi. XX əsrin əvvəllərindən bədii yaradıcılıqla ardıcıl məşğul olan böyük yazıçının “Poçt qutusu”, “Usta Zeynal”, “Dəllək”, “İranda hürriyyət”, “Fatma xala”, “Qurbanəli bəy”, “Quzu”, “Nigarançılıq”, “Konsulun arvadı” və sair hekayələri sadə və rəvan təhkiyə dili, Azərbaycan danışıq üslubu, ibrətamizliyi, ən əsası isə büllur kimi saf və tükənməz söz çeşməmiz – xalq folklorundan qaynaqlandığı üçün bu gün də sevilə-sevilə oxunur. Onun “Rus qızı”, “Taxıl həkimi”, “Hamballar”, “Oğru inək” kimi sovet dövründə qələmə aldığı hekayələrində cəmiyyətin əyintiləri və eybəcərlikləri diqqətə çatdırılmışdır.Ustad Mirzə Cəlil Azərbayc ملانصرالدین (Molla Nsrddin)...
ما را در سایت ملانصرالدین (Molla Nsrddin) دنبال می کنید

برچسب : نویسنده : mollanesreddino بازدید : 176 تاريخ : دوشنبه 2 اسفند 1400 ساعت: 15:23